Dünya futbolu

“Fiorentina”lı futbolçuya hücum edilən azarkeşlər həbs olundu

UEFA Konfrans Liqasının 1\8 final mərhələsi çərçivəsində keçirilən “Sivasspor” – “Fiorentina” matçında insident baş verib.

İdmanxeber.az-ın məlumatına görə, Türkiyədə baş vermiş görüşdə yerli azarkeşlərdən iki nəfər meydana daxil olaraq rəqib futbolçu Alessandro Biankoya fiziki müdaxilə ediblər.

Bunun ardından təhlükəsizlik işçiləri onları stadiondan çıxarıblar.

“Fanatik” nəşrinin məlumatına görə isə iki azarkeş də həbs edilib. Onlar “Sivasspor”un oyununa əsəbləşərək meydana daxil olduqlarını bildiriblər. 

Türkiyə təmsilçisi doğma meydanda “Fiorentina”ya 1:4 hesabı ilə məğlub olaraq Konfrans Liqası ilə vidalaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43