Dünya futbolu

“Real” “Çelsi”nin hücumçusunu istəyir

Romelu Lukaka karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Real” belçikalı futbolçunun xidmətində maraqlıdır. İcarə əsasında “İnter”də çıxış edən oyunçu mövsüm sonu komandadan ayrılacaq.

Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti belçikalı forvardı komandasında görmək istəyir.

Tərəflərin artıq danışəqlara başladığı və yayda tranaferin müsbət nəticələnəcəyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43