Dünya futbolu

Nazarov oynadı, komandası uduzdu

Almaniya III Bundesliqasının 28-ci turunun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” doğma meydanda “Münhen 1860” komandasını qəbul edib.

Qarşılaşma Münhen təmsilçisinin qələbəsi ilə sona çatıb -3:1. Nazarov da bu görüşün iştirakçısı olub.

O, oyuna start heyətdə başlayıb və sonadək meydanda qalıb.

“Ersgebirge” 20 xalla turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43