Dünya futbolu

Ronaldodan əla qol, “Əl-Nəsr”dən qələbə

Səudiyyə Ərəbistanı çempionatının 21-ci turunun oyunları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, Kristiano Ronaldonun formasını geyindiyi “Əl-Nəsr” doğma meydanda “Abha” klubunu qəbul edib.

Ev sahibi komanda oyundan 2:1 hesabı ilə qalib ayrılıb. Ronaldo 79-cu dəqiqədə cərimə zərbəsindən baxımlı qola imza atıb.

“Əl-Nəsr”in qələbə qolunu isə 86-cı dəqiqəqə Anderson Taliska vurub.

Bu qələbənin ardından xallarının sayını 49-a çatdıran komanda ikinci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43