Dünya futbolu

Firminio “Barselona”ya xəbər göndərib

“Liverpul”un futbolçusu Roberto Firminio yayda klubdan ayrılacaq.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Yurgen Klopp açıqlama vermişdi. O, oyunçunu heyətdə saxlamağın çətin olduğunu etiraf edib.

İngiltərə mətbuatı isə braziliyalı futbolçu üçün yeni bir iddia irəli sürüb. Belə ki, Firminionun “Barselona”ya xəbər göndərdiyi bildirilir. Onun Kataloniya təmsilçisində forma geyinmək istədiyi vurğulanıb.

O, bu günə qədər “Liverpul” forması ilə 354 oyuna çıxıb 108 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43