Ölkə futbolu

“Qol vursaydıq, oyun başqa cür gedə bilərdi” – Samir Abasov

“Sabah”ı qələbə münasibəti ilə təbrik edirəm, layiqli qələbə qazandılar. Keyfiyyət öz sözünü dedi. Buraxdığımız qollarda keyfiyyət öz sözünü dedi. Biz də həmin qol epizodlarını yaratdıq, amma əfsuslar olsun ki, sonluğu gətirə bilmədik. Futbolçunun həmin anda verdiyi qərardan çox şey asılıdır. “Sabah” futbolçuları bundan istifadə etdi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Sabah” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“0:4 uduzan komandanın baş məşqçisi kimi, uzun-uzadı danışmaq üçün özümdə cəsarət də görmürəm. Amma fikirləşirəm ki, 100 faizli qol epizodlarımız var idi. Qol vursaydıq, oyun başqa cür gedə bilərdi.

“Qarabağ”la qarşılaşacağıq. Dəyişikliklər etməyə vaxtımız yoxdur. Beş gündən sonra “Qarabağ” kimi komandaya qarşı oynayacağıq. Bu səhvlər gələn oyunda olmasa, bəlkə rəqibə bu qədər epizod vermərik. Hər oyunda qol epizodu yaradırıq. Dəyişiklik barədə bu dəqiqə danışmaq çətindir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43