Ölkə futbolu

“Elə bildim ona 10 oyun cəza verəcəklər”- Murad Musayev

“Oyunun məzmunu, futbolçuların yanaşmasını bəyəndim. Hesaba baxmayaraq, sona qədər gərginlik oldu. Şadam ki, bu cür çətin matçda qalib gələ bildik. “Sumqayıt”a hörmətlə yanaşıram. Onların yaxşı oyun planı var idi. Qol fürsətləri də əldə etdilər. Sadəcə bundan istifadə edə bilmədilər. Bu gün səliqəli, təmiz, simulyasiya etmədən futbol oynadılar”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev “Sumqayıt” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Şamaxı” ilə matçda hesab 0:0 və 1:1 olarkən, iki penalti epizodu var idi. Hamı hər şeyi görür. Bizim penaltimizi vermədilər və nəticədə uduzuruq. Halbuki, çox vacib oyuna çıxmışdıq. Bu gün baxırıq ki, həmin matçda penaltini verməyən hakim Gəncədəki oyunu idarə edir. Namiq Ələsgərova qarşı kobud oynadılar, Emmanuel Apeh topu boş qapıya göndərməyə hazırlaşarkən arxadan zərbə vurdular, penalti təyin olunmadı. Ancaq bugün Gəncədəki matçdakı penaltini gördünüz, futbolçunun azca maykasından tutdular, penalti təyin edildi. Murad Musayev pisdir, tərbiyəsizdir, iki oyun cəzalandırdılar, 3200 manat cərimələdilər…Ancaq baş hakim istədiyini edir, ancaq onu cəzalandırmırlar. Mən düşünürdüm ki, ona 10 oyunluq cəza verəcəklər. Amma baxıram ki, bu gün də o oyun idarə edir. Hər zaman pis oyun idarə edəcək, çünki cəzalandırılmır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43