Dünya futbolu

“Fənərbağça”nın baş məşqçisi gedir: “Məni gözləyin”

“Fənərbağça”nın baş məşqçisi Jorje Jesus Braziliya mətbuatına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis “Sevilya”ya qarşı Avropa Liqası 1/8 final mərhələsinin ilk oyunu sonrası karyerası ilə bağlı danışıb. O, Türkiyədən ayrılacağını bildirib:

“Bura çox soyuqdur, heç cür uyğunlaşa bilmirəm. Maya qədər məni gözləyin. İndilik hamınızı qucaqlayıram”.

Təcrübəli mütəxəssin adı bir müddətdir Braziliyalı millisi ilə hallanır. O, bir dönəm “Flamenqo” klubun da baş məşqçisi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43