Ölkə futbolu

Gəncədə heç-heçə, “Sabah”dan darmadağın- YENİLƏNDİ

Misli Premyer Liqasında XXVI tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, bu gün iki oyun keçirilib. Turun açılış matçı Gəncədə baş tutub. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib -1:1.

Günün ikinci görüşü isə “Bank Respublika Arena”da “Sabah” “Sumqayıt”ı qəbul edib. Ev sahibi komanda görüşdən böyükhesablı qələbə ilə ayrılıb -4:0.

15:00. “Kəpəz” – “Zirə” 1:1

Qollar: Fərid Nəbiyev, 38 (1:0), Hamidu Keyta, 82-pen. (1:1)
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Teymur Teymurov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: İlham Əliyev
Gəncə şəhər stadionu

 

19:00. “Sabah” – “Sumqayıt” 4:0
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bank Respublika Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43