“Kəpəz”in Portuqaliyanın “Eştrella” klubundan heyətinə qatdığı Latir Fal komandanın iki ən ödənişli futbolçusundan birinə çevrilib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, seneqallı futbolçu Gəncə klubunda ayına 6 min dollar qazanacaq. Bununlada yarımmüdafiəçi komandanın digər üzvü Yeqor Xvalko ilə birlikdə qərb təmsilçisinin iki ən ödənşli futbolçusundan biri olub. Ukraynalı müdafiəçi də aşağı-yuxarı bu məbləğə razılaşaraq müqaviləyə imza atmışdı.
Qeyd edək ki, “Kəpəz” Latir Falla 1+1 illik müqavilə imzalayıb.

