20 İyul 2026
Kateqoriyasız

Gənc pilotla müqavilə uzadıldı

Formula 1 komandası “Maklaren” gənc pilotu Oskar Piastri ilə müqaviləni uzadıb.

İdmanxeber.az-ın məlumatına görə, yeni sözləşmənin müddəti açıqlanmayıb.

Piastri iki ildir, “Maklaren” komandasında çıxış edir.

Avstraliyalı pilot Azərbaycan Qran-prisinin son qalibidir.

Xatırladaq ki, builki Bakı yarışı 19-21 sentyabr tarixlərində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43