07 İyul 2026
Ölkə futbolu

Gərginlik artdı, hakimə hücum çəkdilər – BÖLGƏDƏN VİDEO

AFFA Region Liqasında yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində ötən gün baş tutan “Göyəzən” – “Şirvan” qarşılaşmasında gərgin anlar yaşanıb.

İdmanxeber.az-ın məlumatına görə, matçın ikinci yarısında qapısında dördüncü qolu görən qonaq komandanın üzvləri hakimin üzərinə hücum çəkiblər. Referinin qərarlarından kəskin narazılığını bildirən “Şirvan” futbolçularından ikisi qırmızı vərəqə alıb. Həmçinin qonaq komandanın baş məşqçisi də meydandan qovulub.

Qeyd edək ki, matç Qazax klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43