Dünya futbolu

Görün “Qalatasaray” İkardi üçün nələr edir

“Qalatasaray” Mauro İkardini komandada saxlamaqda maraqlıdı.

İdmanxeber.az-ın məlumatına görə, müqavilə PSJ-yə məxsus argentinalı forvard üçün “Qalatasaray” Paris klubuna 8 milyon ödəməyə hazırdı. Bundan başqa, “sarı-qırmızı”lar İkardiyə 3 illik müqavilə və hər ilinə görə 4.5 milyon avro maaş vəd edir.

Bu mövsüm “Qalatasaray” forması ilə 19 qola imza atan təcrübəli hücumçunun da yeni təklifə müsbət yanaşdığı bildirilir.

Superliqa klubunun rəhbərliyi komanda çempionluğu rəsmiləşdirdikdən dərhal sonra PSJ ilə danışıqlara başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43