İdman

Güləşçilərimiz Qazaxıstanda 5 medal qazandı

Azərbaycanın 17 yaşadək sərbəst güləşçilərdən ibarət yığması Qazaxıstanın Atırau şəhərində keçirilən beynəlxalq turnirdə 5 medal qazanıb.

İdmanxeber.az-ın məlumata görə, böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında millinin heyətində Yusif Dursunov (110 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.

Eltun Mamedov (45 kq) gümüş, Bəşir Verdiyev (51 kq), İsmayıl Rəhimli (71 kq) və Səid Paşayev (92 kq) isə bürünc medal qazanıblar.

Azərbaycan yığması komanda hesabında 3-cü yeri tutub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43