Ölkə futbolu

VAR “Qəbələ”nin lehinə işlədi

Misli Premyer Liqasının 32-ci turunda “Qəbələ” “Səbail”i qəbul edir.

İdmanxeber.az-ın məlumatına görə, görüşün ikinci hissəsində oyunun baş hakimi Rauf Allahverdiyev “Qəbələ”nin qapısına penalti təyin edib.

Ancaq VAR-ın müdaxiləsindən sonra epizodu izləyən referi qərarını ləğv edib.

İkinci hissəsi davam edən matçda “Qəbələ” 3:1 hesabı ilə öndədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43