“Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Daniel Alves ona qarşı edilən zorlama iddialarından danışıb.
İdmanxeber.az-ın məlumatına görə, o, günahsız olduğunu və özünə yönəlik ittihamları qəbul etməyib:
“Nə baş verdiyini və nə olduğunu yalnız iki nəfər bilir. Mən həqiqəti deyirəm. Günahsızlığım sübuta yetiriləcək. Kiməsə qarşı cinsi təcavüzdə ittiham olacağım heç ağlıma gəlməzdi”.
Xatırladaq ki, Barselona şəhərindəki gecə klublarının birində Alvesin tanımadığı bir xanıma cinsi təcavüz etdiyi bildirilir. Onu 4 ildən 12 ilə qədər həbs gözləyir.

