Dünya futbolu

Həftənin ən yaxşı futbolçusu adına namizədlər – Çempionlar Liqasında

UEFA Çempionlar Liqasında qrup mərhələsinin III tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, bu ada İtaliya “Yuventus”undan Anxel Di Mariya, Almaniyanın “Borussiya” (Dortmund) klubundan Cud Bellingem, İtaliya “Napoli”sindən Covanni Di Lorentso və Almaniya “Leyptsiq”indən Andre Silva iddia edir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43