Ölkə futbolu

“Hər oyun finala bərabərdir” – Elmar Baxşıyev

“Bu ssenarini təxmin edirdik. “Turan Tovuz” qapanan və öz şansından maksimum istifadə edən komandadır. İki fərqli hissə izlədik. Əfsuslar olsun ki, son dəqiqə qolu ilə məğlub olduq. Hələ heç nə bitməyib. Hər oyun finala bərabərdir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Turan Tovuz” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Oyuna yeni girən futbolçunun zədələnəcəyini heç kim düşünə bilməz. Futbolun ayrılmaz hisəsidir bunlar. Hərdən belə şeylər də olur. Qırmızı vərəqəni gözləmirdik. Əvəzetmə edəndə risk etmək istəmədik. Məğlub olmağımız əvəzetmə ilə bağlı deyil. Şans “Turan Tovuz”un tərəfində oldu.

“Əyyub Allaşı çıxarmağım? İlk dəfə oyunumuzu izləyirsizsə, sizə qeyri-adi görünə biHər matçda bu cür dəyişiklik etmişik. Emil Səfərov Allaşdan zəif oyunçu deyil. 

Utsiqin də çəxarkən narazılığını başa düşürük. Heç bir futbolçu əvəzlənmək istəməz. Hiss edirdik ki, “Turan Tovuz” Marandiçi ilə müdafiəmizi yarmağa çalışır. Buna görə dəyişiklik etdik”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43