Ölkə futbolu

“Konfrans Liqasında oynamağa hazırıq” – “Sabah”ın qapıçısı

“Sabah”ın qapıçısı Yusif İmanov “Beşiktaş” oyunu sonrası açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, gənc qolkiper 3:3 hesabı ilə bitən matç barədə belə danışıb:

“Oyun çox gözəl idi. Azarkeşlər əla atmosfer yaratmışdı. Hamımız bu oyunun baş tutmasını çox istəyirdik. Ancaq bəzi səbəblərə görə yubanırdı. Çox yaxşı oldu ki, bu oyun baş tutdu.

İlk qol zamanı topa çatmağa gecikdim. Məsafə çox deyildi…Komandanın hazırlığı yuksək səviyyədədi. Bugun də yaxşı oynadıq. Biz Konfrans Liqasında oynamağa hazırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43