Kateqoriyasız

“Hakimlər oyuna çox müdaxilə edir” – Tərlan Əhmədov

FutbolPress“Maraqlı, əzmkar oyun izlədik. Futbolçularımdan çox razı qaldım”. Bu sözləri “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov deyib.

Paytaxt təmsilçisi Azərbaycan Premyer Liqasının XXII turunda öz meydanında “Neftçi”yə məğlub olub.

Matçdan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Oyunun ədalətli nəticəsi heç-heçə idi. Hücum futbolu oynayan rəqibə təzyiq göstərməyə çalışdıq. Mübarizəli oyuna görə futbolçularıma təşəkkür edirəm. Görüş çox gərgin keçdi”.

– Oyun ərzində hakimdən narazı idiniz. Bunun səbəbi nə idi?
– Hakimlərimiz həddindən artıq oyuna müdaxilə edirlər. Belə matçlarda fasilə vermək düzgün deyil. Oyunu nə qədər az saxlasalar, o qədər yaxşıdı.

– Kamran Ağayevin durumu necədir?
– Kamranın durumu yaxşı deyil. Sol qolu gipsə qoyulub. Uzun müddət oynamayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43