Dünya futbolu

Haland Premyer Liqa rekorduna hazırlaşır

“Mançester Siti”nin hücumçusu Erlinq Haland tarixi rekordun bir addımlığındadı.

İdmanxeber.az-ın məlumatına görə, norveçli futbolçu cari mövsüm 34 dəfə rəqib qapılarına yol tapıb.

O, bir qol vuracağı təqdirdə Premyer Liqada bir mövsümdə ən çox fərqlənən futbolçu kimi tarixə düşəcək.

Haland hazırda 34 qolla Endi Koul və Alan Şirerin rekorduna şərik olub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43