Dünya futbolu

Gənc futbolçu “Barselona”nı gözləyir

“Barselona” “Selta”nın yarımmüdafiəçisi Qabriel Veyqa ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu 20 yaşlı futbolçunu transfer etmək niyyətindədir. “Barselona”nın prezidenti Xuan Laporta hesab edir ki, Veyqa komandanın oyun tərzinə uyğun gəlir.

Ancaq rəhbərlik maliyyə feyr-pley şərtlərini yerinə yetirdikdən sonra transfer üçün hərəkətə keçəcək.

Veyqanın “Selta” ilə müqaviləsində qeyd olunan sərbəst qalma bəndi 40 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43