“Barselona”nın futbolçusu Serxio Roberto yerli mətbuata açıqlama verib.
İdmaneber.az-ın məlumatına görə, ispaniyalı futbolçu “Real” üzərində qələbə qazandıqları üçün xoşbəxt olduğunu bildirib. O, Messinin komandaya qayıdıb-qayıtmayacağı barədə də danışıb:
“Biz onu qucaq açıb qarşılayacağıq. Messinin qayıtmasına kim hazır olmaz? Amma bu barədə çox danışmaq istəmirik. Çünki qərarları prezident, məşqçi və ya başqa şəxslər verir. Amma oyunçulara gəlincə, biz onu gözləyirik”.
Messi 2000-2021-ci illərdə “Barselona”da çıxış edib.

