“İlk hissədə hücum edib, “Qarabağ”ı bir az da qəzəbləndirmək istəyirdik”.
İdmanxeber.az məlumatına görə, bunu Çexiya klubu “Viktoriya”nın (Plzen) kapitanı Lukaş Heyda Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la Bakıda keçirilən oyun barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Görüşün əvvəlində şanslarımız var idi. İkinci hissə heç nə yarada bilmədik. Ancaq yenə də heç-heçəni sərfəli nəticə kimi qəbul edirik”.
Qarşılaşmada sarı vərəqə aldığı üçün cəzalı duruma düşən Heyda bunları deyib: “Revanş oyununda olmayacağım üçün azarkeşlərdən üzr istəyirəm. Amma inanıram ki, komanda yoldaşlarım bu işin öhdəsindən gələcəklər”.
Qeyd edək ki, cavab görüşü avqustun 23-də Plzendə keçiriləcək.

