İdman

“Heydər Əliyev -100” Beynəlxalq Minifutbol Turniri: Millimiz Gürcüstana qarşı

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün növbəti oyunlar keçiriləcək.

İdmanxeber az-ın məlumatına görə, Bakı Tennis Akademiyasında daha 6 qarşılaşma baş tutacaq.

A və B qruplarında əvvəlcə III turun matçları oynanılacaq. Eyni zamanda, hər qrupda IV turun da bir görüşü təşkil ediləcək. A qrupunda Gürcüstan, B qrupunda isə Ukrayna yığması iki oyun keçirəcək.

A qrupunda qərarlaşan Azərbaycan millisi günün son görüşündə meydana çıxacaq. İlk iki turda Çexiya ilə qolsuz heç-heçə edib, İtaliyaya qalib gələn yığma bu dəfə Gürcüstanla qarşılaşacaq.

Qeyd edək ki, qrup birinciləri yarımfinala vəsiqə qazanacaqlar. 2-3-cü yerləri tutacaq komandalar isə pley-offda üz-üzə gələcəklər.

Beynəlxalq Minifutbol Turniri
3 may
A qrupu

12:30. Gürcüstan – Çexiya

15:30. Serbiya – İtaliya

20:30. Azərbaycan – Gürcüstan

Komanda O Q H M T-F X
1 Azərbaycan 2 1 1 0 2-0 4
2 Serbiya 2 1 1 0 3-2 4
3 Gürcüstan 2 1 0 1 4-3 3
4 Çexiya 2 0 2 0 2-2 2
5 İtaliya 2 0 0 2 2-6 0

B qrupu

11:00. Ukrayna – CAR

14:00. Türkiyə – Qazaxıstan

19:00. Ukrayna – Fransa

Komanda O Q H M T-F X
1 Fransa 2 2 0 0 15-0 6
2 Qazaxıstan 2 2 0 0 6-1 6
3 Ukrayna 2 1 0 1 3-3 3
4 Türkiyə 2 0 0 2 2-7 0
5 CAR 2 0 0 2 1-16 0

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43