İdman

Hollandiya millisinin oyununda ədaləti Əliyar Ağayev qoruyacaq

Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb. 

İdmanxeber.com-un məlumatına görə, həmyerlimiz 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin matçını idarə edəcək.

 

O, 8-ci qrupun Belarus – Hollandiya oyununda fit çalacaq. Bu görüş sentyabrın 2-də keçiriləcək.

 

Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

 

Qeyd edək ki, Ağayev sentyabrın 6-da Rusiya və Qana millilərinin yoxlama oyununda da baş hakim kimi meydana çıxacaq.(affa.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43