İdman

Toğrul Əsgərovun medalı əlindən alına bilər

Sərbəst güləş üzrə 2008-ci ildə Olimpiya çempionu olmuş Özbəkistan güləşçisi Artur Təyməzov və 2012-ci ildə London Olimpiadasında Azərbaycanlı idmançı Toğrul Əsgərova uduzaraq gümüş medal qazanan rusiyalı Besik Kuduxov medallarından məhrum olunub. 

İdmanxeber.com-un məlumatına görə, bu barədə flowrestling.org saytı məlumat yayıb. Bildirilir ki, hər iki idmançının dopinq testləri müsbət nəticə verib.

Saytda yer alan digər məlumata görə, dopinqə düşən idmançılar arasında Azərbaycan, Ukrayna və Qazaxıstan idmançıları var. Həmin güləşçilər Pekin-2008 və London-2012 Olimpiya oyunlarının mükafatçılarıdır.

Qeyd edək ki, Toğrul Əsgərov London-2012 Yay Olimpiya Oyunlarının qalibidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43