İdman

Patrik Hikki ev dustağı oldu

Rio-2016 zamanı qanunsuz bilet alverində ittiham olunan Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Braziliya həbsxanasından buraxılıb. 

İdmanxeber.com-un məlumatına görə, məlumatına görə, 71 yaşlı funksioner istintaq müddətini ev dustağı kimi keçirəcək.

 

Buna onun səhhətindəki problemlər səbəb olub. İrlandiya Olimpiya Komitəsinin prezidenti vəzifəsində də çalışan Hikki cəmiyyət üçün təhlükəli olmadığından və istintaqın gedişinə təsir edə bilməyəcəyindən məhkəmə zalından ev dustaqlığına buraxılıb.

 

Qeyd edək ki, Hikki Rio Olimpiadasının gedişində həbs olunmuşdu.(Apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43