Kateqoriyasız

“Hürənlərə fikir verib, qızıl vaxtınızı itirməyin” – Cavid Hüseynov

Region Kubokunda Belarus “Kolos”una uduzaraq (1:2, 2:6) mübarizəni dayandıran “Cəbrayıl”ın baş məşqçisi Cavid Hüseynov instaqramda paylaşım edib.

İdmanxeber.az xəbər verir ki, mütəxəssis postunda bunları yazıb:

“Sizə bir söz dedim. Bizi bizdən başqa heç kim başa düşə bilməz və başa düşməyəcək də. 20 gün ərzində yeni komanda formalaşdı və beynəlxalq oyuna çıxdıq. Nəticədən asılı olmayaraq, sizinlə fəxr elədim. Əzmkarlığınız, mübarizliyiniz göz önündə idi. Hürənlərə fikir verib, qızıl vaxtınızı itirməyin. Başınızı dik tutun və önünüzə baxın”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43