Kateqoriyasız

“Qarabağ”a qarşı SAXTAKARLIQ: Rhaldney transferi buna görə reallaşmadı

“Qarabağ” Braziliyanın “Nautiko” klubunun futbolçusu Rhaldneyi transfer etmək istəsə də, bu qarşı tərəfin saxtakarlığa əl atması səbəbindən reallaşmayıb.

İdmanxeber.az-ın məlumatına görə, danışıqlar “köhlən atlar”ın qarşı tərəfin ödəniş üçün təqdim etdiyi bank hesabından şübhələnməsindən sonra dayandırılıb.

İddiaya görə, “Nautiko” depozit üçün klubun deyil, direktorlardan birinin hesab nömrəsini göndərib. Bundan sonra isə anlaşma pozulub.

“Nautiko”nun idman direktoru Roberto Selva isə bu məsələdə “Qarabağ”ı günahlandırıb: “Beynəlxalq danışıqlarda təhlükəsizlik üçün həmişə kluba kömək edən ixtisaslaşmış şirkətlərin məsləhətlərindən və təmsilçiliyindən istifadə edirik. Bu, danışıqlarda standart prosedurdur. Rhaldney “Qarabağ”a transferindən öncə evlənmək üçün ona vaxt verilməsini istədi. Klub isə bildirdi ki, belə olan halda düşərgəyə vaxtında qoşula bilməyəcək. Təbii ki, bunların hamısı bəhanədir. Mən heç bir problemin olmayacağını bildirsəm də, Azərbaycan klubundan cavab gəlmədi”.

Qeyd edək ki, daha əvvəl Braziliya mətbuatı “Qarabağ”ın 24 yaşlı yarımmüdafiəçi üçün 1 milyon dollar təzminat ödəyəcəyini yazmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43