Kateqoriyasız

Türkiyədə oynamış futbolçu bu gün “Sumqayıt”la müqavilə imzalayır

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Sumqayıt” yeni Vüsal İsgəndərlini heyətinə qatıb.

İdmanxeber.az-a daxil olan məlumata görə, son olaraq Türkiyənin “Keçiörəngücü” klubunda çıxış etmiş futbolçu ilə bu gün rəsmi müqavilə imzalanacaq.

Müqavilənin müddəti 1 illikdi.

Qeyd edək ki, Vüsal İsgəndərlinin “Keçiörengücü” ilə müqaviləsinin müddəti mayın sonunda qüvvədən düşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43