İdman

I Divizionla bağlı xəbər var: 8 komanda oynayacaq, bəs qalanları?

AFFA və PFL-in birgə komissiyası I Divizionda təmsil olunmaq istəyən klubların müracitələrinə baxıb.
İdmanxeber.com-un məlumatına görə, aşağı dəstədə çıxış etmək üçün hələlik 8 kluba müsbət cavab verilib. Lazımı sənədləri qaydasında olan “Qaradağ Lökbatan”, “Vətən”, “Mil-Muğan”, “Ağsu”, “Turan Tovuz”, MOİK,  “Şüvəlan” və “Zaqatala”nın yeni mövsümdən etibarən I Divizionda iştirake dəcəyi demək oalr dəqiqdi. 
Bu 8 komanda – “Binə”, “Şahdağ Qusar”, “Göyəzən”, “Göyçə”, “Xəzər” , “Karvan”, “Energetik” və “Bakılı” sentyabrın 12-də saat 18:00-dək sənədləri təqdim etmələri üçün vaxt alıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43