04 İyul 2026
Dünya futbolu

İbrahim Şehiçin yeni klubu müəyyənləşdi

“Qarabağ” klubunun sabiq qapıçısı İbrahim Şehiç karyerasını Türkiyədə davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, 36 yaşlı bosniyalı qolkiper “Çorum” klubuna transfer olunub. Bu barədə Türkiyə təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb. Tərəflər arasında 2+1 illik müqavilə imzalanıb.

Şehiç son olaraq Səudiyyə Ərəbistanının “Əl-Halic” klubunda çıxış edib.

Qeyd edək ki, təcrübəli qapıçı 2013–2018-ci illər aralığında “Qarabağ”ın formasını geyinib. O, Ağdam klubunun heyətində 5 dəfə Azərbaycan Premyer Liqasının çempionu olub, 3 dəfə isə ölkə kubokunu qazanıb.

Fərid Nəsibov

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43