04 İyul 2026
Ölkə futbolu

“Qarabağ”dan daha bir transfer

“Qarabağ” heyətini növbəti transferlə gücləndirib. 

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Ağdam təmsilçisi Kris Kuaku ilə anlaşıb. Fil Dişi Sahilindən olan 25 yaşlı yarımmüdafiəçi ilə 2+2 illik müqavilə imzalanıb. O, “Qarabağ”da 6 nömrəli forma ilə çıxış edəcək.

Kuakunun son klubu Portuqaliya “Mafra”sı olub. O, karyerası ərzində 152 oyuna çıxaraq 5 qol vurub və 4 qolun ötürməsini edib. 

Qeyd edək ki, peşəkar karyerasına 2018-ci ildə Tunisin “Sfaksien” klubunda başlayan Kris 4 il sonra Danimarka təmsilçisi “Midtyulland”a keçib. O, 2023-cü ildən “Mafra”nın formasını geyinib.

Xatırladaq ki, “Qarabağ” bunadək daha iki futbolçunu – braziliyalılar Dani Bolt və Pedro Bikalyonu transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43