04 İyul 2026
Ölkə futbolu

“Qarabağ” “Tvente” ilə iki oyun keçirdi – bir qələbə, bir məğlubiyyət 

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün daha iki yoxlama oyunu keçirib.

İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın “Tvente” klubu ilə üz-üzə gəlib.

İlk görüş “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Komandanın heyətində qolları Abdullah Zubir (dubl) və Leandro Andrade vurub.

İkinci matç isə Ağdam təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. “Köhlən atlar”ın heyətində ilk qolu Abbas Hüseynov vurub. 

İyulun 15-də toplanışın son matçında isə “Qarabağ”ın rəqibi “Zalsburq” (Avstriya) olacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43