07 İyul 2026
Dünya futbolu

“İnter” 50 milyon ödəmək istəmir

“Atalanta”nın hücumçusu Ademola Lukman “İnter”in maraq dairəsindədir.

İdmanxeber.az-ın məlumatına görə, Berqamo klubu oyunçu üçün 50 milyon tələb edir. Ancaq Milan təmsilçisi bununla razılaşmır. “İnter” rəhbərliyi qiymətin endirilməsi üçün danışıqları davam etdirir.

Lukman 2022-ci ildən Berqamo klubunda çıxış edir. O, klubla birlikdə Avropa Liqasının qalibi olub. 27 yaşlı futbolçu son mövsümdə A Seriyasında 15 qol vurub və 5 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43