08 İyul 2026
Dünya futbolu

“İnter Mayami”də Messi fərqi

Lionel Messinin transferindən sonra “İnter Mayami”nin sosial şəbəkələrdə izləyiciləri 3,5 milyondan çox artıb.

İdmanxeber.az-ın məlumatına görə, klubun “İnstagram”, “Facebook” və “Twitter” hesabları futbolsevərlərin axınına məruz qalıb. Onlar Messi transferinin ardından MLS təmsilçisinə böyük maraq göstəriblər. 

Xatırladaq ki, dünən Messi “İnter Mayami”yə keçdiyini açıqladı. Klub onunla müqavilə imzaladığını bildirib.

35 yaşlı futbolçu 2021-ci ilin yayından PSJ-də çıxış edir. Ötən mövsüm forvard bütün turnirlərdə 41 oyun keçirib, 21 qol vurub və 20 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43