Zinəddin Zidan PSJ-ni təklifini rədd edib.
İdmanxeber.az-ın məlumatına görə, Paris təmsilçisinin idman direktoru Lukas Kampos fransalı mütəxəssislə görüşmək istəyib. Ancaq Zidan klub rəsmisinin bu istəyini geri çevirib.
O, PSJ-də çalışmaq istəmədiyini bildirib.
Kamposun Parisdə “Bavariya”nın sabiq çalışdırıcısı Julian Nagelsmanın nümayəndəsi ilə görüşdüyü də bildirilir. Görüşdə almaniyalı mütəxəssislə mümkün əməkdaşlığın detalları müzakirə olunub.

