“Barselona”nın baş məşqçisi Xavi PSJ-nin hücumçusu Neymarın komandaya mümkün qayıdışına münasibət bildirib.
İdmanxeber.az-ın məlumatına görə, braziliyalı futbolçunun Kataloniya təmsilçisinə keçəcəyi iddia edilir. İspaniyalı mütəxəssis isə bu məsələyə belə şərh verib:
“Bu məlumat məni təəccübləndirdi. Neymar bizim planlarımızda deyil. Mən bunu həqiqətən yüksək qiymətləndirirəm, amma bizim fərqli prioritetlərimiz var. İdman departamenti artıq bütün yay transferləri ilə bağlı qərar verib”.
Neymar 2017-ci ildən PSJ-də çıxış edir. Müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub. O, ötən mövsüm bütün turnirlərdə 29 oyuna çıxıb, 18 qol vurub, 17 məhsuldar ötürmə edib.

