İdman Ölkə futbolu

“Qarabağ” türkiyəli mütəxəssislə vidalaşıb

“Qarabağ” klubu akademiya koordinatoru Tacəddin Doğanla vidalaşıb.

İdmanxeber.az-ın məlumatına görə, türkiyəli mütəxəssisin “köhlən atlar”la müqavilə müddəti başa çatıb.

Doğanla sözləşməni uzatmayan “Qarabağ” ona göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Tacəddin Doğan 2019-cu ildən Azərbaycan çempionunda işləyirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43