Premyer Liqa

“İnter” – “Qəbələ” matçının başlama saatı müəyyənləşdi

Premyer Liqanın 21-ci turu çərçivəsində “İnter” doğma meydanda “Qəbələ”ni qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, görüşün başlama saatı artıq müəyyənləşib. Belə ki, martın 4-ü keçiriləcək görüş saat 20:00-da start götürəcək. Bu barədə “İnter” klubunun “facebook” səhifəsi məlumat yayıb.

Qeyd edək ki, “İnter” 36 xalla turnir cədvəlinin 3-cü, “Qəbələ” isə 43 xalla 1-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43