Dünya futbolu

“İnter” transferlərinə davam edir

İtaliyanın “İnter” klubu heyətini gücləndirməkdə davam edir.

İdmanxeber.com-un məlumatına görə, Portuqaliya millisi ilə Avropa Çempionu olan Joao Mario gələn mövsümdən “neradzurro”nun şərəfini qoruyacaq.

23 yaşlı yarımmüdafiəçi “Sportinq Lissabon”dan 40 milyon avroya transfer olub.

Milan təmsilçisi Mario ilə 5 illik müqavilə imzalayacaq.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43