“İnter” Stefan de Vreyin müqaviləsini uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli müdafiəçi 2025-ci ilə qədər Milan təmsilçisində qalmağa davam edəcək.
Niderlandlının adı türk klubları ilə hallansa da, İtaliyada qalmağı üstün tutub.
De Vrey 2018-ci ildən “İnter”də çıxış edir. Bu müddət ərzində 203 oyuna çıxıb və 9 qol vurmağı bacarıb.

