“İnter” baş məşqçi Simone İnzaqinin işindən razıdır.
İdmanxeber.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssisin 2024-cü ilə qədər klubla müqaviləsi var. Cari mövsüm komandasını Çempionlar Liqasının finalına çıxaran İnzaqi ilə yola davam ediləcək.
Rəhbərlik gənc çalışdırıcının sözləşməsini bir daha uzatmaq niyyətindədir.
A Seriyasının 35 turundan sonra “İnter” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.