İdman

“İnter”in futbolçusu bu gün ömürlük imza atır

Bu gün "İnter"in və yığma komandamızın müdafiəçisi Tərlan Quliyev üçün olduqca əlamətdar gündü.

İdmanxeber.com-un məlumatına görə, futbolçu kimi müəyyən müddətlik müqavilələrə qol çəkən Quliyev  ömürlük imza atmağa hazırlaşır. 25 yaşlı oyunçunun bu gün Bakıdakı şadlıq saraylarından birində toy mərasimi olacaq.

Futbolçuya xoşbəxtliklər arzulayırıq!


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43