İdman

Ramil Quliyev dünyada ilin atleti seçilə bilər

Azərbaycanlı atlet Ramil Quliyev dünyada ilin atleti seçilməyə namizədlər sırasında yer alıb.

İdmanxeber.com-un məlumatına görə, ötən ay Londonda düzənlənən yüngül atletika üzrə çempionatında 200 metr məsafəyə qaçışda ən yaxşı göstərici ilə qızıl medala layiq görülən Türkiyəni təmsil edən idmançı qardaş ölkəyə ilk qızıl medalı gətirən atlet kimi tarixə düşüb.

Ramil Quliyevə səs vermək üçün “facebook”da https://m.facebook.com/EuropeanAthletics/, “Twitter” sosiyal şəbəkəsində isə @EuroAthletics. səhifələrinə girmək lazım gələcək.

Qeyd edək ki, dünyanın ən yaxşı atleti seçiləcək idmançısı Litvada mükafatlandırılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43