İdman

“İnter”in məşqçisi: “Azərbaycanın ən güclü komandasına qarşı oynayırdıq”

Azərbaycan Premyer Liqasının VIII turu çərivəsində keçirilən “İnter” – “Qarabağ” matçından sonra baş tutan ənənəvi mətbuat konfransında meydan sahiblərinin məşqçisi Zaur İsmayilov oyunla bağlı fikirlərini səsləndirib.

İdmanxeber.com-un məlumatına görə, İsmayılov məğlubiyyətə bu cür şərh verib: “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirik. Azərbaycanın ən güclü komandasına qarşı oynayırdıq. Heyətimiz kəsaddı. Çalışdıq ki, hesabı saxlayaq, ancaq alınmadı. Təəssüf ki, sonda buraxdığımız qollar 1 xal almağımıza mane oldu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43