Kateqoriyasız

İsrafilov qovuldu, oyun dayandırıldı

İspaniya II Liqasında XX turun oyunları keçirilib.

Azərbaycan millisinin Eddi İsrafilovun formasını geyindiyi “Albasete” səfərdə “Rayo Valyekano” ilə qarşılaşıb. Amma bu matç yarıda qalıb. İlk hissənin sonlarında, hesab 0:0 olarkən “Albasete”nin ukraynalı hücumçusu Roman Zozulya yerli fanatlar tərəfindən təhqir olunub, faşist şüarları səsləndirilib. Bunu görən matçın baş hakimi oyunun təxirə salınmasına qərar verib.

İsrafilov da görüşün iştirakçısı olub. Matç dayandırılmazdan öncə – 45+4-cü dəqiqədə birbaşa qırmızı vərəqə alan milli üzvü meydandan qovulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43