08 İyul 2026
Ölkə futbolu

“Kəpəz” legioneri ilə yollarını ayırdı – RƏSMİ 

“Kəpəz” futbolçusu Yeqor Xvalko ilə yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər başa çatan müqaviləni yeniləməyiblər.

Belaruslu müdafiəçi son üç ildə “sarı-göylər”in şərəfini qoruyub. Onun “Kəpəz”dəki karyerası 2022-2023-cü illər mövsümündən başlayıb. 28 yaşlı oyunçu Gəncə təmsilçisinin heyətində 95 çempionat matçında meydana çıxaraq 3 qol vurub. Yeqor son iki mövsümdə “Kəpəz”in kapitanlarından olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43