Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.
İdmanxeber.az-ın məlumatına görə, günün yeganə matçında “Kəpəz” və “Qəbələ” komandaları üz-üzə gəlib.
Gəncə təmsilçisi bu qarşılaşmaya nominal meydan sahibi qismində çıxıb. Görüş “Kəpəz”in qələbəsiylə başa çatıb.
“Sarı-göylər” 23 xalla 9-cu, “Qəbələ” isə 15 xalla sonuncu pilədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
XXIV
23 fevral
17:00. “Kəpəz” – “Qəbələ” 2:1
Qollar: Papunaşvili, 19 (1:0), Xalayla, 44 (1:1), Amil Yunanov, 66 (2:1)
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Kamran Bayramov, Cavid Cəlilov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun digər oyunları fevralın 24-25-də reallaşacaq.

